"Mənə yenidən ailə qurmaq yaraşmaz".
“Sherg.az” xəbər verir ki, bunu "Xəbər -Ətər" verilişində qonaq olan əməkdar artist, qarmon ifaçısı Gövhər Rzayeva deyib.
Onun sözlərinə görə, insan bir dəfə ailə həyatı qurmalıdır:
"Övladlarım böyükdür, nəvələrim var. İnsan bir dəfə ailə qurar. Evlənməyə meyilli deyildim. Sənətim vardı, indiyədək əlim balalarımın, ailə üzvlərimin üzərindədir. Hərdən Allaha dua edirəm. Deyirəm: "Səndən kişi istəmirəm, məni övlad dağı ilə imtahana çəkmə". Bir parça çörək qazanırıq. Şükürlər olsun. Axşam yatanda da “Kəlimeyi-şəhadət” deyirəm".