Türkiyəli müğənni İbrahim Tatlısəsin konsertində çıxışı ilə sevilən Azəri qızı Günel (Günel Zeynalova) həmin gündən sonra məşhurlaşıb.
Türk mətbuatı yazır ki, İ.Tatlısəsin də ifa etdiyi "Oy Didem" mahnısı ilə yadda qalan azəri qızı Günel ilk klipində qalın qaşları və şirinliyi ilə diqqət çəkib.
Sənət həyatına gənc yaşlarından başlayan və uğurlu vokal sənətçisi kimi davam edən azəri qızı Günelin əvvəlki halından əsər-əlamət yoxdur.
Keçirdiyi estetik əməliyyatlar nəticəsində tamam başqa insana çevrilən Günelin indiki görünüşü heyranlıqla qarşılanıb və bəzi pərəstişkarları “Bəsdir” deyiblər.
Nəhayət, İbrahim Tatlısəsin “mənəvi atam” dediyi oğlu İdo Tatlısəsin toyunda iştirak edən Azəri qızı Günel gözəlliyi ilə diqqəti özünə çəkib.
Dövrün uşaq müğənnisi Azəri qızı Günel oktyabrın 29-da sosial media hesabından valideynləri ilə çəkdirdiyi şəkli izləyiciləri ilə paylaşıb. Günel Zeynalovanın fotosu izləyiciləri tərəfindən bəyənilib.
Müğənninin anası Zöhrə Zeynalovanın gözəlliyini görən sosial şəbəkə istifadəçiləri “Anası qızı ötüb” və “Nə gözəl” kimi şərhlər yazıblar.
Mənbə: "En Son Haber"