Məşhur aparıcı illər sonra əsl adını açıqladı


"Adım Maradonadır. Gəncə şəhərində adıma görə hamı məni tanıyırdı". 
 "Sherg.az" xəbər verir ki, bunu "Üzbəüz" veilişində qonaq olan telejurnalist Murad Əzimzadə bildirib. M.Əzimzadənin sözlərinə görə, böyüdüyü Gəncə şəhərində onu Maradona kimi çağırırlar. 

"Əslində "Maradona" ad deyil, soyaddır. 16  yaşıma qədər iki soyad daşımışam. Babam futbol azerkeşi olub. 

O, Maradonanın böyük  fanatı idi. Əhd etmişdi ki, "oğlumun oğlu olanda adını Maradona qoyacam. 

Məktəb vaxtı xoşagəlməz zarafatlar edirdilər. 

İndi fikirləşəndə gülməli gəlir. Yaxınlaşıb adımı soruşurdular. Maradonadır söyləyirdim. Biri də cavab verirdi ki, mənim adım Karlosdur, Robertodur. 

Dedikləri məni qıcıqlandırırdı. Şəxsiyyət vəsiqəsi alanda adımı milliləşdirib Murad qoymaq qərarına gəldim".