"Ağzıgöyçəklər akademik kimi efirdə çıxış edirlər. Guya, onlar alim
aparıcılardır. Sizin apardığınız verilişləri qatlayıb cibimə qoyaram".
"Sherg.az" xəbər verir ki, bunu telejurnalist Zaur Baxşəliyev
"Bizimləsən" verilişində deyib. Teleaparıcı həmkarlarına sərt sözlər səsləndirib:
"Mən bura heç kimi xahişlə çağırmıram, insanlar özləri müraciət edərək
problemlərini işıqlandırır. Gələn adamlar ağlı başında, huşu yerində
olan insanlardır. Kim məcbur edir ki, gəlsinlər? İnsanlar deyir, bu
proqramlar nəyə lazımdır? Məhz belə proqramlar lazımdır! Həmin
insanların problemləri ictimailəşdirilməyənə qədər onlara yaxın duran
olmur. Telefondan xəbərləri oxuyurlar. Ağıllı-ağıllı danışmağa nə var? Gücü
çatırsa, belə məsələlər ortaya qoy, çıxış yolu axtar".