Rozadan Elzaya sərt sözlər: “Başına maral taxmaqla deyil, içi boşdur”

Müğənni Roza Zərgərli əməkdar artist Elza Seyidcahanla münasibətindən danışıb.
"Sherg.az"ın məlumatına görə, "Səhər Mərkəzi" verilişində qonaq olan
müğənni E.Seyidcahanla aralarında yaşanan qalmaqala adınlıq gətirib:

"Vücudumla müzakirə olunmaqdan yoruldum. Mən mağazaya gedib, reklam
qarşılığında işləmirəm. Nəsə edirəmsə, pulumu verirəm. Nəsə
etdirirəmsə, deyirəm, utanmıram. Ayağımda problem var, gizlətmirəm.
Başqası söyləyər ki, mənə çolaq deyərlər, gizlədim.

 Liposaksiya etmişdim, çənəmdə piy yığıldı. Getdim onu da kəsdirdim. Bunu
açıqlayıram, gizlətmirəm. Müğənnilərin savadı çatmayanda, bədənimi
müzakirəyə qoyurlar. Elza Seyidcahanla da məsələ bununla başlayıb.
Haqqımda" getsin, fiqurası ilə məşğul olsun" dedi. Bu yaxınlarda oğlu
Əkbərin xahişi ilə barışmaq üçün jest etdim. Addım atdım, qayıtdı
ki, bu kimdir, tanımıram. Elza qarşımda dizin-dizin sürünsə də ,olmaz.
Başına maral taxmaqla deyil, içi boşdur"