Afət evlənir: “15 il öncə evlilik təklif etmişdi...”

Müğənni Afət Fərmanqızı evlənəcəyi tarixi açıqlayıb.
"Sherg.az" xəbər verir ki, müğənni bu barədə "Həmin Zaur" verilişində danışıb:
"Nigah mərasimini yanvar ayının əvvəllinə planlaşdırmışıq. Bizim toy vaxtımız deyil. Otuz-qırx nəfər qohumlar arasında keçirəcəyik. Şahidlər olsun ki, Afət ailə həyatı qurdu".
A.Fərmanqızı evlənəcəyi adamın 15 il öncə evlilik təklif etdiyini deyib:
"O vaxt anam ağır xəstə idi. Sonra dünyasını dəyişdi. Evlənmək ruhunda deyildim".