Əməkdar artist Elza Seyidcanın açıqlaması maraqla qarşılanıb.
"Sherg.az" xəbər verir ki, "Onun sirri" verilişində qonaq olan E.Seyidcahan əvvəllər ailəsinin süd məhsulları satdığını söyləyib:
"Bizim Nizami dayı adlı yaxın qohumumuz var idi. Ruhu şad olsun. O süd maşını sürürdü. Nizami dayı çənlərlə süd gətirirdi.
Atamız bizə pul yollamırdı. Anam da valideynlərinə dərd vermək istəmirdi, kasıbçılığı ilə uğraşırdı. Südü bişirib satırdı. Bir dəfə anam dediki, qatığı götür filankəs xalaya ver. Balaca, çəlimsiz qızıydım. Yolda məndən böyük uşaqlar çantanı açıb qatıqları götürüb üzünü yedilər. Mən də ağlaya-ağlaya evə qayıtdım. Əziyyəti məhv olmuşdu deyə anam da mənə qoşulub ağladı.
Arzu edirəm, daha çox qatıq satım. Elə bir imkanım, heyvandarlığım olsun ki, qatığı özüm çalım və satım".