Müğənni Mənzurə Musayevanın "Xəbər Ətər" verilişində verdiyi açıqlama maraqla qarşılanıb.
"Sherg.az" xəbər verir ki, müğənni "2021-ci ilin sonunda uddun, yoxsa uduzdun" sualını cavablandırıb.
O, həyatda heç vaxt məğlub olmadığını söyləyib:
"İşlərimi köməksiz, təkbaşına edən insanam. Burda nə uduza bilərəm? İllərlə kimsə kömək etsə, sonra köməklikdən qaçanda uduzmaq olar. Yükünü özü dartan adam nə edə bilər ki?! İşlərimi öz gücümə görürəm. Hər zaman xoşbəxtəm".