Müğənni Lətifə Soyuöz şou-biznes aləmindən danışıb.
"Sherg.az" xəbər verir ki, "Xəbər-Ətər" verilişinin qonağı olan L.Soyuöz şounun biznes tərəfindən söz açıb:
"Adı var, özü yoxdur. Biz şou-biznesin içindəyik. Sadəcə olaraq şou-biznesdə o qədər lazımsız insanlar var ki... Musiqiləri, gözəl performansı olan insanlar "şou-biznesdəyəm" deməyə utanırlar.
Operaya da getsək, orada bir şou var. O da bilet satır, biznesdir".