Bəzi müğənnilər mətbuata açıqlamalarında onlara "xalq artisti" fəxri adının verilməməsindən gileylənirdi.
Bu məsələ ilə bağlı “Sherg.az”a olaraq Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq.
Nazirliyin "İncəsənət və qeyri-maddi mədəni irs" şöbəsi saytımızın sorğusuna cavab olaraq bildirdi:
"Azərbaycan Respublikası Prezidentinin 14 may 1999-cu il tarixli 130 nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnaməsinə əsasən mədəniyyətimizin inkişafında xidmətləri olan incəsənət xadimlərinə fəxri adlar yaş həddinə, yaxud uzunillik fəaliyyətə görə deyil, milli mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında verilir".
Mədəniyyət Nazirliyinin açıqlamasına münasibət bildirən müğənni Tacir Şahmalıoğlu "Sherg.az"a deyib ki, bu işə mane olanlar var:
"Fəxri ada layiq görülmək məsələsinə kimsə əngəl törədir. Hər şey aşağıdan yuxarıya doğru irəliləməlidir. Amma aşağıdan kim “vurur” bilmirəm. Mən bilirəm ki, bilərəkdən “xalq artisti” adını vermək istəmirlər".