Müğənni Roza Zərgərli tələbəlik illərindən bəhs edib.
"Sherg.az" xəbər verir ki, o aparıcısı olduğu "Tam Vaxtıdır" verilişində ofisiant və satıcı işlədiyini söyləyib.
Müğənni günlük qazancını da açıqlayıb:
"Tələbəliyimin ilk kursundaydım. Oxumalı və pul qazanmalı idi. Buzovna tərəfdə restoran var idi. Qadınlarda ibarət toy məclisində ofisiantlıq günə 1 şirvana idi.
Odur ki, Konservatoriya tələbə yoldaşlarım, qızlar dedilər gedək. Məclisə girdik. Elə ailədə böyümüşdüm ki, əlim ağdan-qaraya dəymirdi. Təhsil alanda, müğənnillik sənətinə gələndə atam "Olmaz, olursa, səni tanımırıq" demişdi.
Məclisdə ofisiant işlədim. 20 qadına xidmət göstərirdim. Sən demə, ev yiyəsinin masası imiş. Soruşdular "haralısan?". 'Şəmkirliyəm"- deyə cavab verdim. Həmin vaxt Şəmkir mahnısı çalınırdı.
Ev yiyəsi mənimlə rəqs etdi. Sonra ofisiant iş yoldaşlarım düşmən oldular. Söylədilər, "Bu qız təzə gəlib heç nəyi bacarmır,, amma bəxti gətirir". Şansım həmişə düşərli olur.
Satıcı da , ofisiant da işləmişəm, bundan utanmamışam. O tərəfi görən, bu tərəfin dəyərini daha yaxşı bilir".