"Müğənniyə sevgi lazımdır. Pulu hər yerdən qazanmaq olur".
"Sherg.az" xəbər verir ki, bu sözləri müğənni Vəfa Şərifova deyib.
"Tam Vaxtıdır" verilişinin qonağı olan müğənni sevgini puldan üstün tutub:
"İnsanın ruzisi nədirsə, hansı sahədə olursa, həmin ruzi gələcək, fərqi yoxdur. Sevgi olandan sonra hər şey yerinə oturur. Xalqın sevgisini nəzərdə tuturam".