"Bu gün biz ifaçılar xalqa nə üçün lazımıq? Biz xalqın toylarında, xeyir işlərində iştirak edirik".
"Sherg.az"ın məlumatına görə, bu sözləri müğənni Şəbnəm Tovuzlu deyib.
"Həmin Zaur"verilişində qonaq olan Ş.Tovuzlu deyib ki, Azərbaycanda toy biznesi var:
" Konsertlə çox az məbləğ qazana bilirik. Ay ərzində 10-15 gün el şənliyində oluruqsa, bu xalqın seçimidir. Getdiyim mərasimlərə fikir verirəm. Məni ev yiyəsi, nənə, baba qarşılayır. Onlar deyirlər, "Şəbnəm sən bizim arzumuzsan, ona görə dəvət etmişik". Gənclər, bəylə gəlin yaxınlaşı nəsə demir, çox nadir hallarda baş verir.
Qoy, xalq mahnılarımızı, muğamımızı düzgün şəkildə ötürək. Xalq nəyi sevir onu oxuyuram. Xalq mahnılarını gözəl ifa edirəm. Qərar çıxsa , bu tip ifaçılar efirə buraxılmayacaq. Xalq mahnılarını ifa edəcək tərzdə, mən Şəbnəm Tovuzlu olaraq, hər zaman səhnədə olacağam".