Gülben Ergen 41-ci məktəbini açır


“Cocuqlar gülsün deyə” dərnəyinin başqanı, türkiyəli məşhur müğənni Gülben Ergen 41-ci ibtidai məktəbin açılışına hazırlaşır.

 “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, məktəb Siirtin Baykan bölgəsindədir. 20 yanvar tarxində məktəbin açılışı olacaq. Açılışdan sonra məktəb Türkiyə Milli Təhsil Nazirliyinə bağışlanacaq. Məktəb dərnəyə edilən ianələr sayəsində inşa edilib. Bu, dərnəyin ianələri hesabına tikilib istifadəyə verilən 41-ci məktəb binasıdır. Məktəb 2021-ci ildə vəfat etmiş professor-doktor Doğan Cüceloğlunun adını daşıyacaq.