"6-7 ildir ki, seriallarda rol almıram".
"Sherg.az" xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva söyləyib
"Deməsəm olmaz" verilişinin qonağı olan aktrisa uzun müddətdir, seriallarda rol almamağının səbəbini açıqlayıb:
"Səbəb məhz qonorar məsələsi, aktyorlara verilməyən dəyərdir. Mən həmişə özümü yüksək tutmuşam. Bəlkə, işimin az olmağı da bundan irəli gəlir. 7 il əvvəl çəkildiyim serialda aya 3 min manat pul alırdım. Ola bilər, həmin zamanlar gözəgəlimli, qəşəng idim. Faktiki olaraq məni çəkmək istəyənlər reytinqimə görə çağrırlar".