Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Aynur Həmidova (Canana) məhkəmənin hər üç uşağının atasında qalması ilə bağlı qərarından narazıdır.
"Sherg.az"ın məlumatına görə, Canana "İnstagram" səhifəsində məhkəmənin verə biləcək qərarı ilə bağlı paylaşım edib.
O, paylaşımında "İnşallah, hakim ədalətli qərar verər, balalarım mənə qayıdar"- sözlərini qeyd edib.
Qeyd edək ki, Əməkdar artistin oğlu Kərimlə xanımı Canana 2020-ci ildə ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var.
İşə Bakı Apellyasiya Məhkəməsində 2022-ci ilin yanvar ayının 25-də baxılacaq.