“Böyüyüb belə pul qazanacağıma inanmazdım. Çox balaca evdə yaşayıram. Amma xalqın qiymətini bilməyi, dövlətə xidmət etməyi, gərək Allah adama qıysın”.
“Sherg.az”ın məlumatına görə, bu sözləri “Nanəli” verilişinin qonağı olan əməkdar artist Elnarə Abdullayeva deyib.
Şamaxının kəndinə 200 min manat xərcləyib 12 bulaq çəkdirən muğam ifaçısı E.Abdullayeva, özü ilə bağlı maraqlı məqamlara toxunub:
“Əmin-amanlıq olmasa, elin bu başında 5 manat qazanıb, o biri başında xərcləyə bilmərik. Mən geyimə, yeməyə, vara-pula canımı, mənəviyyatımı qurban vermərəm. Camaat elə bilir, milyonum başımdan aşır.
Birdən pulum olmaz, səsim batar, yaxşılığı edə bilmərəm deyə, qaçaraq etmişəm. Onda qaloş geyinirdim. 10 il bir ayaqqabı geyinən ərəfədə reallaşdırmışam.
Fəxrlə deyirəm, geyinmişəm. Kimdən utanacam? Allahdan başqa hərəkətlərə görə utanmaq lazımdır. Kasıblığım, imkansızlığımla fəxr edirəm”.