Aktrisa üçüncü dəfə ana olacaq? - AÇIQLAMA

Aktrisa Ülviyyə Xəlilbəyli “İnstagram” izləyicilərinin suallarını cavablandırıb.
“Sherg.az”ın məlumatına görə, ikinci dəfə ana olan akrtisa yenidən övlad sahibi olmaqla bağlı sualı belə acavablandırıb:
“Üçüncü dəfə ana olmağı düşünmürəm. Hələ ikinci övladım təzə dünyaya gəlib. Onlara baxmağa əziyyət çəkirəm, üçüncünü bu saat necə düşünə bilərəm?”.
Qeyd edək ki, o, aktyor Murad İsmayılla evlidir. Cütlüyün Fuad və Rəsul adlı iki oğlu var.