Ebru Şahin gözəllik sirrini açdı

Hazırda "Destan" serialında rol alan aktrisa Ebru Şahin "RE Touch Mag" jurnalı üçün obyektiv qarşısına keçib.

Sherg.az  Axşam.az-a istinadən xəbər verir ki, aktrisa nəşrə müsahibəsi zamanı gözəllik sirrlərini də bölüşüb.

O, gül suyu ilə üzünə masaj etdirdiyini, darçın, bal, südlə hazırlanan maskalardan istifadə etdiyini deyib.

Ebru saçlarına isə zeytun və kokos yağı ilə qulluq edir.


Aktrisa formada qalmaq üçün idmanla məşğul olduğunu və lifli qidalardan uzaq olduğunu bildirib.