Rihanna repçi sevgilisinə ərə gedir


Barbadoslu müğənni Rihannanın repçi sevgilisi Eysap Roki (Rakim Mayers) ilə toy tarixi bəlli olub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda hamilə olan müğənni övladı dünyaya gəldikdən sonra nikah masasına oturacaq.

Cütlüyün toyu Barbadosda baş tutacaq.

Qeyd edək ki, Rihanna bir neçə gün əvvəl sosial şəbəkədə sevgilisi ilə fotolar paylaşaraq hamilə olduğunu təsdiqləmişdi.