Hüseyn Məhəmmədoğlu oğlunun şəklini paylaşıb üzünü gizlətdi

Ötən il üçüncü dəfə ata olan klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilk dəfə oğlunun fotosunu sosial şəbəkədə paylaşıb.

Axşam.az xəbər verir ki, şəkildə musiqiçinin oğlu Məhəmmədlə yanaşı aktrisa həyat yoldaşı Aysel də yer alıb. Diqqət çəkən məqam isə cütlüyün övladının üzünü gizlətməsi olub.

Qeyd edək ki, Hüseyn və Aysel İbrahimova ötən il ailə həyatı qurub. Bu, hər iki sənətçinin ikinci evliliyidir. Aysel Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışır. Aktrisa tamaşaçılara "Yuxi kimi" serialından tanışdır. Hüseyn ilk həyat yoldaşı İncidən 2020-ci ildə boşanıb.