Lalə Məmmədova eşq həyatından danışdı:“Gözüm bir başqa cür açıldı” 

Əməkdar artist Lalə Məmmədova şəxsi həyatı ilə bağlı diqqət çəkən fikir bildirib.
“Sherg.az”ın məlumatına görə, “Şourum” verilişə danışan  əməkdar artist eşq həyatında baş verən dəyişiklikləri açıqlayıb:
“Şəxsi həyatıma Günəş doğur, işıqlarını hiss edirəm. İnsanın içərisində müəyyən hisslər cücərirsə, o nə qışı, nə yazı gözləyir. Mənim içimdə duyğular var. Hələki tanıma mərhələsindəyik. 43 yaşımı sevməyə başladım, həyata gözüm bir başqa cür açıldı”.