"Gəlinimlə ilk səfərim. Mən bu hisləri ilk dəfə yaşayıram. Görməmiş də deyə bilərsiz. Hardan görə bilərəm ki?".
"Sherg.az" xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli "İnstagram" səhifəsində qeyd edib.
Birlikdə fotolarını paylaşan N.Səfərli gəlininə toy bazarlığını xarici ölkədən edəcək:
"Sadəcə mənə toyumda nə olmayıb hamısın gəlinimdə olmasını istəyirəm. O, mənim oğlumu xoşbəxt edən qızdır. Mən də onu sevgi ilə bəsləməli, həddiyyələrlə dəyərləndirməliyəm.Toy bazarlığına niyyətləndik. Allah hamının balasını muraza yetirsin, mənim də balalarım onların içində. Dua edən dillərinizə qurban olum!".