Müğənni Elnarə Xəlilova toylara getməməyinin səbəbini açıqlayıb.
"Sherg.az" xəbər verir ki, "Şourum"un qonağı olan müğənni toy məclisində oxumaqda seçici olduğunu bildirib:
"Elnarə hər toya getmir.Özümü rahat hiss etdiyim ortamlar olmalıdır. Tanıdığım, əvvəllər toylarına qatıldığım nəslin məclisinə qaça-qaça gedirəm. Bəzən böyük pul da təklif edirlər, söyləyirlər "ürəyin hansı məbləği istəyirsə, de". Onda canıma qorxu düşür. Bəhanələr uydurmağa başlayıram. Dağdayam, bağdayam deyib qaçıram. Narahat olacağamsa, pula görə nə işim var?".