Bella Hadiddən başörtüsü ilə bağlı paylaşım


Məşhur model Bella Hadid Hindistanın Karnataka ştatında məktəblərdə başörtüsü taxmağı qadağan edən qərarın qəbulundan sonra şiddətə məruz qalan gənc qıza dəstək olmaq üçün paylaşım edib.

Axşam.az xəbər verir ki, bununla bağlı instaqram hesabında yazan model heç kimin bir başqasının geyiminə qarışmamalı olduğunu vurğulayıb:

"Xüsusilə inanc və təhlükəsizlik mövzusunda qadınlara nə geyinib-geyinməli olduqlarını söyləmək sizin işiniz deyil. Bir kişinin 2022-ci ildə qadının yerinə qərar verəcək hüquqa sahib olduğunu bir saniyəlik belə düşünməsi gülməli olduğu qədər dəlilikdir.

Modanın sərhədləri aşdığını və bəzi şeyləri məqbul edilə bilən etdiyini bilirəm. Amma müsəlman qadınlar üçün başörtüsünün necə önəmli olduğunu xatırlatmaq istəyirəm. Müsəlmanların moda sənayesində hansı çətinliklərdən keçdiyini öz gözlərimlə görmüşəm. Bilirəm ki, bir çox müsəlman bacılarım digər insanlardan fərqli vəziyyətlərlə üzləşirlər. Bu, tamamilə irqçilikdir. Onları müdafiə edin, nəsə görsəniz səsinizi çıxardın".

Qeyd edək ki, Fələstin əsilli amerikalı Bella Hadid müsəlmandır.