Serenayın 430 minlik qolbağı - Foto


Türkiyəli aktrisa Serenay Sarıkaya İbrahim Səlimin "YouTube"da yayımlanan verilişində qonaq olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa gecədə geyim tərzi və aksessuarları ilə diqqət çəkib. Sarıkaya zinət əşyalarını siması olduğu dünyaca məşhur "Bvlgarı" markasından seçib.

Aktrisanın təkcə qolbağının 430 min lirə (təxminən 53 min 922 manat) dəyərində olduğu üzə çıxıb.