Zamiqdən “qızıl” kimi sözlər: "Övladı mülk almaqla xoşbəxt etmək olmur"

 Müğənni Zamiq Hüseynov sosial şəbəkə hesabında paylaşım edib.
"Sherg.az"ın məlumatına görə, müğənninin qeyd etdiyi sözlər "İnstagram" izləyicilərinin diqqətini çəkib.
"Allahın yaratdığı canlıları sevin, onlara silah çəkməyin, ov adı ilə meşədəki heyvanları qırmayın. Günü-gündən fəlakətlər artır, dünya Allahın qəzəbinə tuş gəlib.

Ey insan oğlu, etmə-eləmə! Allahın yaratdığı canlıları öldürmə, onları sev ki, qoy övladlarımız gələcəkdə, ruhu təmiz, firavan, rahat xoşbəxt yaşasın...

Övladının gələcəyini fikirləşmək- ona ev almaq, mülk buraxmaqla xoşbəxt etmək demək deyil. Onun gələcəyini xoşbəxt etmək üçün ,ona yaxşı təhsil ver, canlılara hörməti, sevgi, dürüstlüyü, səbr etməyi öyrət! 

Bax budur onların gələcəyi. İnan, o zaman sənə təşəkkür, ruhuna rəhmət oxuyacaqlar! Allahın yaratdığı bütün canlıları sev, qoy dünyamız gözəlləşsin"-, deyə o vurğulayıb.