İdmançı Kamil Zeynallı həyat yoldaşı müğənni Gülay Zeynallının xüsusiyyətlərindən söz açıb.
"Sherg.az" xəbər verir ki, ATV kanalına açıqlama verən K.Zeynallı xanımının prinsipial olduğunu söyləyib.
"Gülay az yaşından öz sənəti ilə ayaq üstdə durmağı bacarıb. Məhəbbət Kazımov kimi sənətkarlarla toylarda iştirak edərək pul qazanıb. Sənətin sirlərini Arif müəllim öyrədib. Bir az dikbaş, prinsipialdır. Sözümü pis başa düşməsinlər. Qürurlu bir xanımdır"-, deyə o vurğulayıb.