Elgiz Əkbər: “Uçan boşqab görmüşəm”

Aparıcı Elgiz Əkbər yadplanetliləri gördüyünü iddia edib.
Bu barədə sənətçi ARB-də yayımlanan “Elgizlə izlə” verilişində deyib.
O qeyd edib ki, bağda olanda uçan boşqab görüb:
“Dənizin üstündə idi. Birinci elə bildim ulduzdur, sonra gördüm ki, ulduz deyil. 2 il öncə idi. Dənizin ortasında dayandı, dedim, birdən oradan çıxarlar, gələrlər. İçimdə arzu yarandı ki, onlarla danışım. Sonra bu fikri özümdən qovdum. Çünki telepatiya olur, çox ürəkdən istəyəndə onlarla danışmaq olur. Bu haqda xeyli kitablar oxumuşam. Göyə qalxdı və yox oldu”.