"Bilirik ki, Manaf Ağayev Füzuli rayonundandır və torpaqlarımız işğal tapdağından azad olunub. M.Ağayev də ola bilsin, icazəsiz gedib. Allah qapısını açsın deyək. Manaf yaxşı oğlandır. Ona da , ailəsinə də çox böyük hörmətim var".
"Sherg.az"ın məlumatına görə, bu sözləri müğənni Rəqsanə İsmayılova "İnstagram"da canlı yayım açarkən deyib.
O, Füzuliyə qanunsuz səfər edib 15 sutka həbs cəzası alan həmkarı Manaf Ağayevdən söz açıb:
"Qanunlar istər Rəqsanə, istərsə də digər vətəndaşlar üçün keçərlidir. Hər birimiz çətin gündə bir-birimizə dəstək verməliyik.
Əgər dövlət tərəfindən ora girmək qadağası varsa , icazə almalıyıq. Bizi tərifləyən insanlar başımıza nəsə gələndə başlayırlar haqqımızda pis şərhlər yazırlar.
Manafın bu addımı qanunla yoluna qoyulmasaydı, sabah insanlar deyəcəkdi müğənni getdi, gəldi, özünü göstərdi, ona heç nə etmədilər"".
Mənbə: SHOWNEWS