Ayrılıb, bütün fotoları sildilər

Türkiyəli aktyor Tamer Karadağlı özündən 30 yaş kiçik sevgilisi, pianoçu Iraz Yıldızdan ayrılıb.

Axşam.az xəbər verir ki, bir ildən çoxdur münasibətdə olan cütlüyün fikirləri üst-üstə düşmədiyi üçün münasibətlərini sonlandırdığı bildirilib. İkili sosial media üzərindən bir-birini izləməni dayandırıb və bütün fotolarını siliblər.

Qeyd edək ki, Tamer sonuncu dəfə “Savaşçı” serialında rol alıb.