"Uşaqlıq şəkillərimizi həmişə özümlə gəzdirirəm" - Nəsrin Cavadzadə


Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə "Vogue" jurnalına müsahibəsində çantasında daima daşıdığı əşyaları təqdim edib.


Axşam.az xəbər verir ki, aktrisanın çantasına maraq oyadan əşyalardan biri isə nişanlısı aktyor Gökhan Alkanla uşaqlıq fotolarının olduğu medalyon olub. Nəsrinin sözlərinə görə, bunu ona Gökhan hədiyyə edib:

"Bunu həmişə özümlə gəzdirirəm, sevgilim hədiyyə edib. "Nə vaxt fikirlərimiz üst-üstə düşməsə, buradakı hallarımıza bax və bizi bağışla" demişdi. Bu bizim uşaqlıq fotolarımızdır". 

Qeyd edək ki, cütlük "Yasak elma" serialında birgə rol aldıqdan sonra münasibətə başlayıb. Nəsrin Gökhanın evlilik təklifinə "hə" cavabını verib. Cütlük yayda toy etməyi planlaşdırır.

Nəsrin hazırda "Üç Kuruş" serialında "Bahar" obrazını canlandırır.