Rihanna nişanlandı

Müğənni Rihanna ilə reper sevgilisi Eysap Rokinin (Rakim Mayers) nişanlanıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, iddiaların yaranmasına səbəb ifaçının barmağındakı tək daş üzüyün paparatsilərin obyektivinə tuş gəlməsi olub. Cütlük hələlik məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

Qeyd edək ki, bir müddət əvvəl hazırda hamilə olan Rihannanın övladı dünyaya gəldikdən sonra segilisi ilə nikah masasına əyləşəyi bildirilib. Sonuncu alış-veriş zamanı çəkilən fotolardan ifaçının qızının olacağı iddia olunub.