Manafla Vasifin küsülülüyü:“Peşmanlığını çəkir” - VİDEO

Müğənni Vasif Məhərrəmli və Manaf Ağayev aralarındakı incikliyə aydınlıq gətiriblər.
ATV-də yayımlanan “Günün sədası” verilişinin qonağı olan Manaf Ağayev Vasiflə küsmədiyini və dostluğunun davam etdiyini qeyd edib.
Verilişə telefonla bağlanan Vasif istənilən çətin vaxtında həmkarı Manaf Ağayevin yanında olduğunu bildirib.
Manafla dost olduğunu bildirən Vasif həmkarının onunla bağlı verdiyi açıqlamadan danışıb:
“Dünən mənə saytlardan zənglər gəldi, mən heç baxmamışdım verilişə. Manafın ürəyi uşaq ürəyi kimidir, çox pafosla danışır. Bir anlıq bir söz deyir, sonra peşmanlığını çəkir. Məndən küsə bilər, amma qardaş arasında, ailədə küsülülük ola bilər”.
O, maddi və mənəvi cəhətdən həmişə Manafın yanında olduğunu deyib.
Sonda Manaf Ağayev Vasifə: “Sən mənim qardaşımsan”, - deyib.
Xatırladaq ki, müğənni Manaf Ağayev həbsdə olarkən ona etibarsızlıq edən sənət dostları arasında müğənni Vasif Məhərrəmlinin də olduğunu bildirib.