Xalq artisti Röya Ayxan Türkiyəyə yola düşüb. "Sherg.az"ın məlumatın görə, pop ulduz bu dəfə həmkarı Rüfət Axundovla səfərə yollanıb. Buna səbəb məşhur müğənninin R.Axundovla ifa etdiyi " Nə badə " duetini ( sözləri Orxan Mürvətli , musiqisi Fərid Kərimli ) ekranlaşdırmaq istəyidir. R.Ayxan klip üçün seçimini yenə rejissor Müjdat Küpşidən yana edib.
M.Küpşi bundan əvvəl Röyanın "Xəyanət" , "Mən sənsiz", "Sənə ehtiyacım var" , "Unutmaq lazımdır" kimi layihələrini lentə alıb . Klipin çəkilişləri İstanbulda baş tutacaq və bir neçə gün davam edəcək. Röya uzaq səfərləri sevmədiyi üçün klip çəkilişləri zamanı orada qalmağı planlaşdırır.
Qeyd edək ki , M.Küpşi müğənni Demet Akalın, Aslı Hünel kimi tanınmış simaların kliplərini lentə alıb .