Nurlan Əzizbəyli əməliyyatdan sonra 33 kiloqram çəki atıb  - FOTO

Müğənni Nurlan Əzizbəyli mədəkiçiltmə əməliyyatından sonra 33 kiloqram çəki atıb.

Sherg.az bildirir ki, sənətçi bu haqda "10-da görüşək" proqramında deyib.

Nurlan "Artıq çəkidən əziyyət çəkirdim. Mədəmi kəsdirdim, 105 kiloqramla əməliyyata girdim. 4 aya 33 kiloqram çəki atdım. İndi 72 kiloqramam, amma 10 kiloqram da arıqlamalıyam".