Dilarə Kazımova: “Qızların əvvəl üzləri bir-birinə oxşayırdı, indi isə ombaları” - VİDEO


Müğənni Dilarə Kazımova yeni açıqlamaları ilə diqqət çəkib.

Oxu.Az xəbər verir ki, təbii gözəlliyə önəm verən Dilarə özünü şou-biznesin ən cazibədar xanımlarından biri olaraq gördüyünü etiraf edib.

Bu barədə o, MTV-də yayımlanan “Mtv Maqazin” verilişinə danışıb.

“Özümü seksual qadın olaraq görürəm. Çünki buna görə çalışıram, istəyirəm, hər şey, hər yerim gözəl olsun. Seksi qadınlardan biriyəm. Özümü tərifləməyi sevmirəm. İnsanlar özləri bunu deməlidirlər. Əgər məni seksi hesab edirlərsə, çox gözəl”, - deyə Kazımova əlavə edib.

Cazibədar müğənni, həmçinin, omba əməliyyatı keçirən xanım həmkarlarını atmaca dolu sözləri ilə sancmağı da unutmayıb:

“Qızlar omba əməliyyatından sonra bir-birinə oxşayırlar. Daha əvvəllər üzləri bir-birinə oxşayırdı. İndi isə ombaları bir-birinə oxşayır”.

Ətraflı süjetdə: