Qalmaqal! - "Damla və Üzeyir "həcilərin" hesabına məşhurlaşıblar"

Müğənni, bəstəkar Əli Mirəliyev ifaçı  Damla  və Üzeyir Mehdizadə haqqında qalmaqallı fikirlər səsləndirib.
"Sherg.az" "siyah_sancag"a istinadən xəbər verir ki, o ,müğənni Damlanın Naxçıvandakı konserti zamanı böyük izdihamla qarşılaşmasını və fanatlarının onun əlini öpməsinə münasibət bildirib:
 "Damla , Üzeyir Mehdizadə kimi insanlar heç vaxt sənətkar olmayacaqlar. Onlar " həci" lərin və prodüserlərin hesabına özlərini məşhur ediblər. Biz sənətkarlar prodüserin və sponsorun nə olduğunu bilməmişik. Biz zənglərə də özümüz cavab veririk .Onlara elə gəlir ki , sənətdə ədəbazlıq edərək tarixə düşəcəklər.Xeyr , onlar tarixin qara sahifələrindədir. Əsl sənətkar olaraq biz kənarda qalmamışıq.Mən yeganə adamam ki , Üzeyir Hacıbəyov , Tofiq Quliyev , Cahangir Cahangirov , Hacı Xanməmmədov kimi bəstəkarların mahnılarını oxumuşam " .