"Ən xoşbəxt günlərim həbsdə olub".
Sherg.az xəbər verir ki, bu sözləri məşhur rejissor Aqil M.Quliyev qonaq olduğu "O kimdir?" verilişində deyib.
O sənətinə bağlılığından danışıb:
"Rahatam. Heç nəyə vərdiş etmirəm. Nə insanlara, nə sevgililərə. Sabit asılılığım var. O da ki, peşəmdir".
Verilişin gedişatında aparıcının "36 gün həbsdə oldunuz. Nə öyrətdi sizə bu günlər?" sözlərinə Quliyev "30 günü tək oldum. Ən xoşbəxt günlərim idi" - deyə, fikirlərini belə davam edib:
"Tək olanda öz fikirlərimi eşidirdim. Mobil telefonsuz, rabitəsiz. Hamıya da deyirdim ki, yanıma gəlməyin. Mane olursunuz. Kitab oxuyurdum".