"Allah mənə yer üzünün cənnətini göstərdi"  - Elnur Məmmədov 


"Allah mənə yer üzünün cənnətini göstərdi. Bundan böyük xoşbəxtlik varmı? Arzu edirəm ki, övladımı Allah buyurduğu kimi tərbiyə edim".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "7 Canlı" proqramında deyib. Məkkə ziyarətinə gedən sənətçi bu haqda danışıb:  

"Otağımdan "Kəbə" evinə mənzərə açılırdı. Oradan hər kəsə video çəkib göndərirdim. Həmkarlarıma deyirdim ki, mənə dua edin, 20 ildir övladım olmur".

Verilişlərə az qatılan E.Məmmədov "Bu sənəti bir istək, bir arzu ilə seçdim. Yalnız xalqa xidmət etmək. Bu sənətdən mən heç nə güdmürəm. Gül versinlər və ya nəsə oxuyum və bunun qarşılığında nəsə alım. Xeyr! Allah mənə can sağlığı veribsə, əziyyət çəkib istədiyimə nail ola biləcəyəm. Məsələn, evdir, ailəmi qorumaq, saxlamaq kimi şeylər başqadır. Sənət baxımından istədiyimə nail olmuşam" sözlərini əlavə edib.