Türkiyəli məşhur sənətçi dad elədi:"Oğlumun silah kimi istifadə olunmasını..."

15 il sonra yenidən səhnəyə çıxan Özcan Dəniz oğlu qucağında olarkən mahnılar ifa edib .  "Sherg.az" "siyah_sancaga"a istinadən xəbər verir ki, sənətçi səhnədə 30 illik karyerasını oğlu üçün bitirə biləcəyini dilə gətirib:
"Mən heç vaxt oğlumu anasından ayırmağa çalışmamışam , sadəcə oğlumun silah kimi istifadə olunmasını istəmirəm və bunun qarşısını almağa çalışıram . Hər dəqiqəmi oğlumla doya - doya keçirmək istəyirəm . Pula görə oğlumu məndən ayırmayın".