Müğənni Kərim Abbasov onu türkiyəli ifaçı Tarkanla müqayisə edənlərə sərt cavab verib.
"Sherg.az" xəbər verir ki, "ŞouRum"un suallarına aydınlıq gətirən müğənni sözügedən müqayisəyə belə reaksiya verib:
"Yox, lazım deyil. Mən elə Azərbaycanın Kərimiyəm, əjdaha kimiyəm. "Tarkanı-markanı" olmaq istəmirəm. Mən niyə kimsə olmalıyam? Kimdənsə nəsə öyrənmirəm. Sadəcə relaks Kəriməm".
Qeyd edək ki, bir müddət öncə aparıcı Zaur Kamal verilişinin qonağı K.Abbasova "Tarkan kimi gəlirsən" sözlərini söyləmişdi. Kərim isə "Kimi nədir? Elə də olmalıdır. Mən Tarkanam" demişdi.