Əməkdar artist Lalə Məmmədova keçirdiyi plastik əməliyyatlardan danışıb.
"Sherg.az" xəbər verir ki, "Şourum" proqramının kameralarına tuş gələn ifaçı bildirib ki, o bir neçə ay əvvəl bıçaq altına yatıb:
"Üç-dörd ay əvvəl əməliyyat etdirdim. Bədənimə incə toxunuşlar oldu. Bədənşəkilləndirmə etdim. İlk əməliyyatım deyildi. Hissə-hissə gerçəkləşdirirəm.
Sayını itirmişəm. Yaşla əlaqədar lazım gəlsə, yenə əməliyyat masasına oturaram. Üzüm qırışanda, sallananda etdirərəm".