"Xalq artisti" adı ala bilmədiyi üçün ağladı

 Əməkdar artist Cavanşir Məmmədovun yeni açıqlaması gündəm olub. 

"Sherg.az" "axşam.az"a istinadən xəbər verir ki, " Tarixin bir günü " proqramında qonaq olan C. Məmmədov kövrələrək" Xalq artisti " fəxri adını almaq istədiyini deyib:

" Firuzə İbadova sırtıq adam deyil . Mən də eləyəm. Azərbaycanın o kəndi qalmayıb ki, orada kasıb toyu oxumayaq. Nazir toyu oxumuşuq , gətirib beş min veriblər , qaytarmışam . Demişəm , yox , biz 3500 manata gedirik , dəsti - xətti pozmayaq . Bu zəhmətin haqqı nə vaxt veriləcək , mən də bilim ( kövrəlir ) . Kövrələrəm də , adam deyiləm mən ? Dünyada 28 il birlikdə oxuyan duet ortaqları yoxdur . Firuzə xanımın evi yoxdur , toya gedirik ancaq ailə dolandırırq . Qazanc əvvəlki qədər deyil , hər şey bahalaşıb . Yanında bir qızı , bir də mən varam " .