"Ərə getdiyim günə qədər doğum günümün nə zaman , ayın neçəsində olduğunu bilmirdim . Çünki anam bizə doğum günü keçirmirdi".
"Sherg.az" " Bizim Media"ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu "10 - dan başladıq” səhər şousunda deyib . Bu gün 54 yaşını qeyd edən sənətçi, doğum gününü yalnız ailə qurduqdan sonra qeyd etdiyini söyləyib:"Ərə gedəndən sonra gördüm ki , hər kəs öz ad gününü xüsusi olaraq qeyd edir. Mən də bundan sonra öz doğulduğum günü bildim".