ÖZƏL: Şəmkirli milyoner niyə Güneli yox, Ebrunu seçdi? - DETALLAR

Bir neçə gündür ki, sosial şəbəkələrdə Şəmkirin Şiştəpə kəndində baş tutan dəbdəbəli toy müzakirə olunur.  Məclisdə türk müğənni Ebru Gündeşin iştirakı ilə yanaşı bir çox detallar da diqqət çəkib. 

Belə ki, Ebrunun azərbaycanlı müğənni Günel Zeynalova ilə eyni səhnəni paylaşmaq istəməməsi və bununla bağlı ev sahibinə şərt qoyması xeyli danışılıb. 

Əksəriyyət şəmkirli milyonerin Günel əvəzinə Ebrunu seçməyinə irad bildirib. İstifadəçilər qeyd ediblər ki, Gündeşin bu tələbini ev sahibi geri çevirməli və Günelin çıxışını üstün tutmalı idi.

“Sherg.az” bu qalmaqallı məsələnin pərdəarxası detallarını əldə edib. 

Məlumata görə, Ebru Günelin çıxışına ev sahibindən 250 min dollar aldıqdan sonra qadağa qoyub. Yəni o, bu tələbini bildirdiyi zaman artıq ödəniş rəsmi qaydada hesabına köçürülmüş olub. Bu səbəbdən də təşkilatçılar türk ifaçının şərtinə əməl etməyə məcbur qalıb.
Ya külli miqdarda pul itirilməli, ya da Ebrunun tələbi yerinə yetirilməli imiş. Ona görə də, Günel toyun ikinci yox, birinci günündə səhnə alıb. 

Qeyd edək ki, Zeynalova ilə Ebru arasındakı qalmaqala səbəb Gündeşin keçmiş həyat yoldaşı, iş adamı Reza Zarrabdır. Belə ki, Reza Günellə eşq yaşadığı müddətdə ona Gündeşlə xəyanət edib. Cütlüyün ayrılmasına səbəb olan E. Gündeş Zeynalovaya Türkiyədə də buna bənzər səhnə qadağaları qoydurtmuşdu.