Türkan Şorayı "məhv edən" ölüm...

Türkan Şoray pərəstişkarı Metin Şamdanın vəfatından çox kədərlənib. Şamdan Şoraya olan heyranlığına görə özünü sənətə həsr edib.

Yeşilçamın usta sənətçisi Türkan Şoray pərəstişkarlarından Metin Şamdanın vəfatından sonra böyük kədər yaşadı.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Şamdan ibtidai məktəb illərində baxdığı filmlərlə Türkan Şoraya heyran olmağa başlayıb. O, bu istəklə  özünü sənətə həsr etmiş və Üsküdar Musiqi Cəmiyyətində əvvəlcə rəssamlıq, sonra isə musiqi təhsili almışdır.

Türkan Şoray sosial şəbəkədəki paylaşımı ilə kədərini dilə gətirib. Şamdanla çəkdirdiyi şəkli İnstaqramda yayımlayan Şoray belə qey yazıb:

"Çox üzgünəm. Metin Şamdanı itirdik. Xaricdəyəm, yeni öyrəndim" .

Turan