Dylan Sprouse toyunda qulaqcıq taxıb  - SƏBƏB?

Dünyaca məşhur model Barbara Palvin və 5 ilə yaxındır birlikdə olduğu sevgilisi Dilan Sprous bir müddət əvvəl ailə qurub. Macarıstandakı toyda qulaqcıq taxan Sprouse diqqət çəkdi.

Sherg.az xəbər verir ki, Palvin və Sprouse paytaxt Budapeştdə kiçik bir kənddə təşkil edilən mərasimdə bir araya gəliblər.

Modelin doğulduğu Macarıstanda baş tutan toy mərasimində Dilan Sprouse və onun əkiz qardaşı Koul Sprouse qulaqcıq taxıblar.


Məlum olub ki, 30 yaşlı Sprous qardaşları Macarıstandakı toyda deyilənləri anlamaq üçün qulaqcıq taxıblar.

Dylan Sprouse pərəstişkarlarına "Hər kəsin qarşısında macar dilində danışmalıydım. Çox həyəcanlı idim, amma Barbara mənə çox kömək etdi" deyə bildirib.

Palvin keçən ay nişanlandıqlarını təsdiqləyərək "Bu yolda olduğumuz üçün çox xoşbəxtəm" deyə qeyd edib. 2018-ci ildən birlikdə olan cütlük tez-tez birlikdə olduqları kadrları sosial media hesablarında paylaşır.

Turan