Fəxri ad üçün imza toplayan müğənni Tacir Şahmalıoğlunun müraciətinə bir cavab gəlməyib.
Bu barədə ifaçı “Sherg.az”a məlumat verib.
“Ümid edirəm ki, yaxın zamanda müsbət cavab alacağıq”, - deyə, Şahmalıoğlu vurğulayıb.
Qeyd edək ki, ifaçı 30-dan çox sənətçinin imzasının yer aldığı müraciət sənədini aidiyyəti orqanlara göndərib, fəxri ad almaq istəyini dilə gətirib.