Rüzgar Aksoyla Yasemin Sancaqlı evləndi 

İtlərini də bəy-gəlin etdilər

Türkiyə tv-lərinin məşhur simaları – aktyor Rüzgar Aksoyla rəqqasə Yasemin Sancaqlının toyundan paylaşılan fotolar sosial şəbəkə izləyiciləri tərəfindən çox bəyənilib. Məşhur cütlüyün toyu Polonezköydə düzənlənib. Açıq havada keçirilən toy maraqlı səhnələrlə yadda qalıb. 
 “Qara sevda”, “Ramo”, “Quruluş Osman”, “Kin” adlı filmlərdə yaddaqalan obrazlar yaratmış Rüzgar Aksoy rəqs ustası Yasemin Sancaqlıya bu ilin yanvar ayında evlilik təklif edib. Həm də Fransanın paytaxtı Parisdə. Yasemin Sancaqlının təklifə “hə” cavabı verməsinin üzərindən 8 ay keçəndən sonra isə cütlük toy etmək qərarına gəlib. Məşhurların şahidləri isə aktyorlar Bora Cengiz və Yiğit Uçan olub. 

Toydan sonra təbrik mesajlarına cavab yazan məşhur cütlük sevənlərinə və dostlarına təşəkkür ediblər. Toyda maraqlı görüntülərdən biri də cütlüyun bəslədikləri itlərə də “gəlin-bəy” libası geyindirmələri olub.